27.01.2022 11:57
504
Rəsmi Pekin ABŞ-dan Qış Olimpiya Oyunlarına müdaxiləni dayandırmağı tələb edib.
"CEMPİON.AZ" xəbər verir ki, bu tələbi Çinin xarici işlər naziri Vanq Yi ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı edib:
“Birləşmiş Ştatlar Pekin Qış Olimpiya Oyunlarına müdaxiləni və Tayvan məsələsində odla oynamağı dayandırmalı və hər cür anti-Çin dərnəkləri yaratmağı dayandırmalıdır”.
Vanq Yi həmçinin vurğulayıb ki, xarici təzyiq Çin xalqını daha da birləşdirəcək və artan qarşıdurma Çinin daha da güclənməsinə mane olmayacaq.
Qeyd edək ki, məlumat Çinin Xarici İşlər Nazirliyinin rəsmi saytında paylaşılıb.