28.01.2022 10:18
466
Şimali və Mərkəzi Amerika və Karib Hövzəsi Futbol Konfederasiyasının (CONCACAF) zonasında Qətərdə 2022-ci ildə keçiriləcək dünya çempionatının seçmə turnirinin ikinci qrup mərhələsinin doqquzuncu turunun oyunlarında ABŞ, Kanada və Meksika komandaları qalib gəlib.
"CEMPİON.AZ" xəbər verir ki, Amerikalılar evdə minimal hesabla Salvador komandasını üstələyib (1:0) Topu Entoni Robinson (52-ci dəqiqə) vurub. Səfərdə Meksika yığması Yamaykadan güclü olub - 2:1. Qaliblərin tərkibində Henri Martin (81-ci dəqiqə) və Aleksis Veqa (83) qol vursa da, top Daniel Consonun (50) aktivində olub. İlk hissənin sonundan etibarən adalılar oyunu azlıqda davam etdirib. Dayion Lou əsas vaxtda birbaşa qırmızı vərəqə alıb.
Kanadalılar səfərdə Honduras millisinə qalib gəlib (2:0). Conatan David (73) onlara qol vurub, Denil Maldonado isə 10-cu dəqiqədə topu öz qapısına göndərib. Kosta-Rika millisi evdə Panama komandasına 1:0 hesabı ilə qalib gəlib, Brayan Ruiz 65-ci dəqiqədə fərqlənib.
Turnir cədvəlində Kanada komandası lider (19 xal), ABŞ komandası ikinci (18), Meksika üçüncü (17), Panama dördüncü (14), Kosta-Rika beşinci (12), Yamayka altıncı (7) , El Salvador yeddinci (6), Honduras səkkizincidir (3).
Qeyd edək ki, ilk üç yeri tutan komanda birbaşa vəsiqə qazanacaq, dördüncü komanda başqa konfederasiyanın təmsilçisi ilə pley-offda oynayacaq. Dünya çempionatı noyabrın 21-dən dekabrın 18-dək keçiriləcək.