28.01.2022 11:12
504
Uruqvay millisi 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının Cənubi Amerikada keçiriləcək seçmə turnirinin 15-ci turunda qalib gəlib.
"CEMPİON.AZ" xəbər verir ki, uruqvaylılar paraqvaylılar üzərində minimal hesablı qələbə qazanıb (1:0). Oyunda yeganə qolu Luis Suares (50) vurub. İkinci hissənin əlavə vaxtında Paraqvaylı müdafiəçi Qustavo Qomez ikinci xəbərdarlıqdan sonra qırmızı vərəqə alıb.
Turnir cədvəlində braziliyalılar liderdir (36 xal, 14 matç), ikinci yerdə argentinalılar (32, 14 oyun) qərarlaşıb. Artıq hər iki komanda dünya çempionatına vəsiqəni təmin edib. Üçüncü yerdə Ekvadordur (24 oyun), sonrakı yerləri isə Uruqvay (19), Kolumbiya (17, 14 oyun), Peru (17, 14 oyun), Çili (16), Boliviya (15, 14 oyun), Paraqvay ( 13), Venesuela (7) bölüşdürür.