bazar ertəsi, 25 noyabr 2024

DÜNYA FUTBOLU

Braziliya DÇ-2022-nin seçmə mərhələsində Ekvadorla bərabərə qalıb

28.01.2022 11:28 Oxundu 506

Futbol üzrə Braziliya milli komandası 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının Cənubi Amerika seçmə mərhələsi çərçivəsində səfərdə Ekvador yığması ilə heç-heçə edib.

"CEMPİON.AZ" xəbər verir ki, Kitoda keçirilən görüş 1:1 hesabı ilə başa çatıb. Braziliyalıların heyətində Kazemiro 6-cı dəqiqədə, Feliks Torres ekvadorluların qapısına qol vurub (75-ci dəqiqə). 
Görüşün 26-cı dəqiqəsində kolumbiyalı referi Vilmar Roldan VAR sistemindən istifadə etdikdən sonra biri sarı vərəqə ilə əvəzlənən üç qırmızı vərəqə göstərib. 15-ci dəqiqədə ekvadorlu qapıçı Aleksandr Dominqes, 23-cü dəqiqədə isə braziliyalı müdafiəçi Emerson qırmızı vərəqə ilə cəzalandırılıb. Qonaqların qapıçısı Alisson VAR sisteminin istifadəsindən sonra ilk hissədə meydandan kənarlaşdırılmaqadan yaxa qurtarıb.