28.01.2022 11:44
483
Türkiyə Futbol Federasiyası (TFF) I Liqada əcnəbi oyunçu sayıda dəyişiklik edib.
"CEMPİON.AZ" xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat yayılıb. Məlumata görə, 2022/2023 mövsümündə klubların əvvəllər 5 legioner sifariş edə biləcəyini açıqlayan İcraiyyə Komitəsi bu sayı 7-yə yüksəldib. Onda bu halda, futbolçulardan ən azı birinin təvəllüdü 1 yanvar 1999-cu il və daha sonrakı tarixlər olmalıdır. Bundan başqa, TFF 2023/2024 mövsümü üçün müəyyənləşdirdiyi əcnəbi oyunçu sayını 5-dən 6-ya qaldırıb. Bu halda isə legionerlərdən birinin doğum tarixi 1 yanvar 2001-ci il və daha sonrakı tarixlər olmalıdır.
Legionerlərdən eyni vaxtda oynadıla bilənlərin sayı isə 2022/2023 və 2023/2024 mövsümlərində ən çoxu 4 olacaq.