28.01.2022 11:51
464
"İnter" "Atalanta"nın müdafiəçisi Robin Qosensi icarəyə verib.
"CEMPİON.AZ" xəbər verir ki, bu barədə Milan futbol klubunun saytı məlumat yayıb. Müqavilədə 27 yaşlı almaniyalının müəyyən şərtlərlə məcburi satın alınması variantı var. Mətbuatda yayılan xəbərlərə görə, Qosensin satın alınması Milan klubuna 25 milyon avroya başa gələcək. Oyunçu da bu kluba qoşulduğundan məmnuluğunu bildirib:
"Avropanın ən böyük klublarından birinə qoşula bildiyim üçün qürur duyuram. Burada olmaqdan çox şadam və debütümü səbirsizliklə gözləyirəm".
Qeyd edək ki, Qosens 2017-ci ildə "Atalanta"ya keçib, daha əvvəl Hollandiyanın "Herakles", "Dordrext" və "Vitesse" komandalarında çıxış edib. Almaniya millisində keçirdiyi 13 matçda iki qol vurub. İtaliya çempionatının cari mövsümündə müdafiəçi altı oyunda iştirak edib, bir qol vurub. O, zədə səbəbindən sentyabr ayından oynamayıb.