“Netflix”də yayımlanan “Mən Corcinayam” serialında “Mançester Yunayted”in ulduz futbolçusu Kriştianu Ronaldonun sevgilisi Corcina Rodrigez maraqlı açıqlamalar verib.
"CEMPİON.AZ" xəbər verir ki, o, portuqaliyalı futbolçu ilə yaşamağın çətin olduğunu bildirib:
“Kriştianu ilə görüş mənim həyatımı kökündən dəyişdi. Yanımda cazibədar şahzadə olmasını aruzlayırdım və onu tapdım. Kriştianunun sevgisi sayəsində xəyallarım reallaşdı”.
Corcina Ronaldonun evinə ilk dəfə gəldiyi anları xatırlayıb:
“Kriştianunun evinə ilk dəfə gələndə orada azdım, mətbəxi tapmaq çətin idi. Mətbəxi tapa bilmədiyim üçün geri qayıtmağım yarım saat çəkdi. Ev çox böyük idi. Uşaqlıqdan bəri kiçik bir mənzildə yaşayırdım”.
Xatırladaq ki, Ronaldo 2016-cı ildə ispan model Corcina Rodrigez ilə münasibət qurub və bir il sonra onların Alana Martina adlı qızı dünyaya gəlib. Onların övladının hazırda 4 yaşı var.
DİGƏR NÖVLƏR
Ronaldonun sevgilisi maraqlı açıqlamalar verdi
28.01.2022 14:32
575