28.01.2022 16:43
475
Misir millisinin və Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Mustafa Məhəmməd azadlıqdan məhrum edilə bilər.
"CEMPİON.AZ" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Məlumata əsasən, imtahana öz yerinə dostunu göndərməkdə ittiham olunan 25 yaşlı hücumçunun günahı sübuta yetirilsə, onu Misirin qanunlarına əsasən, 3 ildən 15 ilədək həbs cəzası gözləyir. Forvardın istintaqdan yayınmaq üçün Afrika Millətlər Kubokunun keçirildiyi Kamerundan ölkəsinə deyil, birbaşa Türkiyəyə qayıdacağı bildirilib.
Qeyd edək ki, müqavilə ilə ölkəsinin "Zamalek" klubuna məxsus Mustafa Məhəmməd ötən ildən "Qalatasaray"da çıxış edir.