bazar ertəsi, 25 noyabr 2024

DÜNYA FUTBOLU

“Mançester Siti”nin futbolçusu üç Avropa matçı cəzalandırılıb

29.01.2022 10:44 Oxundu 456

"Mançester Siti"nin müdafiəçisi Kayl Uoker Çempionlar Liqasının qrup mərhələsinin VI turunun Almaniya "Leypsiq"i ilə görüşündə (1:2) qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün avrokuboklarda 3 oyunluq cəzalanıb.

"CEMPİON.AZ" xəbər vrir ki, Uoker görüşün 83-cü dəqiqəsində arxadan vurduğu zərbəyə görə qırmızı vərəqə aldı. İngilis futbolçu Çempionlar Liqasının 1/8 final mərhələsində Sporting CP ilə hər iki matçı, eləcə də "Mançester Siti" bu mərhələyə yüksələrsə, ilk 1/4 final oyununu buraxacaq.
"Porto"nun yarımmüdafiəçisi Vendell və "Atletiko"nun yarımmüdafiəçisi Yannik Karrasko da Madrid tərəfinin 3:1 hesablı qələbəsi ilə başa çatan baş-başa görüşdə qırmızı vərəqə alaraq 3 oyunluq cəza alıb. Vendell rəqibin üzünə zərbə endirib, Karrasko isə “Porto”nun oyunçusunun boynundan yapışıb.