29.01.2022 10:54
586
Çili və Argentina yığmaları arasında Dünya çempionatının Cənubi Amerika zonası üzrə seçmə mərhələsinin XV tur matçında kuryoz hadisə baş verib.
"CEMPİON.AZ" "The Sun"a istinadən xəbər verir ki, yan xətt hakimləri Fabrisiu Vilarinyu da Silva və Rodriqu Fiqereydu oyun üçün nəzərdə tutulan bayraqları hoteldə unudublar. Nəticədə onlar döşəməsilən və mühafizəçilərin jiletlərindən istifadə edərək yeni bayraqlar düzəldiblər.
Qeyd edək ki, qarşılaşma Argentinanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.