31.01.2022 15:36
438
Azərbaycan millisinin futbolçusu Namik Ələskərovun çıxış etdiyi Türkiyə "Bursaspor"u maliyyə problemi ilə üzləşib.
"Timsahlar"ın bir neçə oyunçusu bu səbəbdən klubu tərk edib.
Komandanın Antalya bölgəsindəki təlim-məşq toplanışında 21 futbolçu iştirak edir. Bunların sırasında yalnız 3 əcnəbi var və onlardan biri də Namik Ələskərovdur.
Ələskərovla birlikdə Nikolas Salasar və Reagi Ofosunun xarakterli mövqe tutaraq komandadan ayrılmadıqları yazılıb.
Bursa təmsilçisində çilili Kristobal Xorkera klubun ona 700 min avro borcu olduğunu əsas gətirərək yanvarın 28-də hazırlıq prosesindən ayrılıb və klubu FIFA-ya şikayət edib. Sloveniyalı Tim Matavj da eyni səbəbdən "Bursaspor"u UEFA-ya şikayət edib və müqaviləsini ləğv edərək Kipr "Omoniya"sına keçib. Hazırda zədəli olan niderlandlı Elton Akolatse də komandanı tərk etmək istəyir.
Bundan əlavə, "timsahlar"ın gənc və istedadlı oyunçuları hesab olunan Taha Altıkardeş, Batuhan Kör, Kerem Şen maliyyə problemlərinə görə "Trabzonspor"a satılıb.
Qeyd edək ki, ötən ilin avqustunda "Bursaspor"a transfer olmuş Namik Ələskərov I liqa təmsilçisi ilə 2 illik müqabilə imzalayıb. ("Report")