Polşa Futbol İttifaqının (PZPN) rəhbərliyi tələsik qərar qəbul edərək Çeslav Mixneviçi milli komandaya baş məşqçi təyin edib. Bu fikirləri TASS agentliyinə Polşa millisinin sabiq kapitanı və müdafiəçisi Mixal Jevlakov deyib.
"Polşa millisinin düşdüyü situasiyada Çeslav Mixnieviç dəyişiklik yarada bilən və dünya çempionatına vəsiqə uğrunda mübarizə apara bilən məşqçidir. Eyni zamanda, fikrimcə, bu seçim tələsik oldu. İşlərin hazırkı vəziyyəti Polşa millisində normal deyil, çünki məşqçi Rusiya millisi ilə ən vacib oyundan əvvəl cəmi bir neçə məşq edəcək”, - Jevlakov bildirib.
“Legiya”da çalışarkən Çeslav Mixneviç kifayət qədər yaxşı mütəxəssis olduğunu və işləyə biləcəyini sübut etdi” deyə agentliyin mənbəsi davam edib: “Lakin hazırda Polşa millisindəki vəziyyətə iki aspektdən baxmaq olar: Qalib gəlsək, hər şey mükəmməl olacaq. Uduzsaq, düşünürəm ki, bəzi futbolçular milli komandadakı karyeralarını başa vuracaqlar və Mixneviç yeni milli komanda qurmağa başlayacaq. “Legiya”da işə başlamazdan əvvəl Çeslav Mixneviç Polşanın gənclərdən ibarət komandasını çalışdırırdı. Bəlkə də Polşa Futbol İttifaqının prezidenti Sezar Kulesza düşünür ki, dünya çempionatına getməsək, yeni komanda qurmaq üçün gənc futbolçuları yaxşı tanıyan Mixneviç ən yaxşlı seçimdir”.