bazar ertəsi, 25 noyabr 2024

DÜNYA FUTBOLU

Xavi isə fikrini dəyişib

01.02.2022 14:30 Oxundu 463


"Barselona"nın rəhbərliyi  komandanın cinah oyunçusu Usman Dembelein məsələsini bu həftə müzakirə edəcək ilə müzakirə edəcək.
“CEMPİON.AZ” xəbər verir ki, bu barədə məlumatı AS nəşri yayıb.
Xatırladaq ki, bir müddət əvvəl komandanın baş məşqçisi Xavi futbolçuya xəbərdarlıq edərək bildirmişdi ki, ya yeni müqavilə bağlamalıdır, yada heyətdən kənarlaşdırılacaq. Bu xəbərdarlığa bazxmayaraq Dembele yeni müqavilə imzalamaqdan imtina edib. Futbolçunun qış transfer pəncərəsi dövründə yeni komanda tapmaq cəhdləri də baş tutmayıb. Ona görə də yenidən komandasının düşərfəsinə qayıdıb.  Xavi isə fikrini dəyişib. O, fransız futboçlununun mövsümün qalan matçlarında klubuna kömək edəcəyinə inanır.
Qeyd edək ki, "Barselona"nın prezidenti Joan Laporta, direktor Mateu Alemany və baş məşqçi Xavi görüşərək futbolçunun gələcəyi ilə bağlı qərar verəcəklər.