Bu gün Azərbaycanda 2021/22 mövsümünün ikinci yarısı start götürəcək.
1/4 final mərhələsinin ilk oyunları Bakıda baş tutacaq iki matçla başlayacaq. Öncə çempionatın lideri “Qarabağ” kubokun son qalibi “Keşlə”ni sınağa çəkəcək.
Günə “Neftçi”nin ev matçı ilə yekun vurulacaq. Son çempionu “Sabah”ı qəbul edəcək.
Qeyd edək ki, 1/4 finalın “Zirə” – “Səbail” və “Sumqayıt” – “Qəbələ” matçları sabah keçiriləcək.
Azərbaycan kuboku
1/4 final, ilk oyunlar
1 fevral (çərşənbə axşamı)
17:30. “Qarabağ” – “Keşlə”
Baş hakim: Vüqar Həsənli
“Qarabağ”: 23. Luka Quqeşaşvili, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 10. Abdullah Zubir, 81. Kevin Medina, 29. Marko Veşoviç, 20. Kadi Borqes, 25. Vadji İbrahima, 27. Toral Bayramov
Ehtiyat oyunçular: 12. Emil Balayev, 89. Amin Ramazanov, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə, 6. Patrik Andrade, 15. Leandro Andrade, 44. Elvin Cəfərquliyev, 97. Rüstəm Əhmədzadə, 22. Musa Qurbanlı
Baş məşqçi: Qurban Qurbanov
“Keşlə”: 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 2. İlkin Qırtımov (k), 7. Rəhman Hacıyev, 4. Şəhriyar Əliyev, 99. Rafael Məhərrəmli, 19. Fəhmin Muradbəyli, 11. Sadio Tounkara, 77. Merab Qiqauri, 6. Franko Flores, 13. Pərviz Azadov
Ehtiyat oyunçular: 27. Əkpər Vəliyev, 8. Tural Axundov, 5. Kərim Diniyev, 29. Amil Yunanov, 22. Elçin Mustafayev, 14. Turan Vəlizadə, 50. Samir Abdullayev, 70. Bahadur Həziyev, 95. Rəhman Daşdəmirov, 74. Kamal Kazımov, 75. Vüsal Qənbərov, 54. Rəşad Həsənov
Baş məşqçi: Sənan Qurbanov
Tofiq Bəhramov adına Respublika Stadionu