bazar ertəsi, 25 noyabr 2024

BİZİM FUTBOL

Qurban Qurbanov: “Cavab matçına ciddi hazırlaşmalıyıq"

01.02.2022 21:34 Oxundu 448


"Tam istədiyimiz formada deyilik. Qol epizodlarımız oldu, rəqibin də sonda imkanı yarandı. Cavab matçına ciddi hazırlaşmalıyıq".

Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə "Keşlə"yə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

O qeyd edib ki, futbolçuları istənilən formada deyil: "Keşlə" kubok komandasıdır. Bu turnirdə fərqli iştirak edirlər. Bu gün də bunun şahidi oldu. Tam istədiyimiz formada deyilik. Qol epizodlarımız oldu, rəqibin də sonda imkanı yarandı. Cavab matçına ciddi hazırlaşmalıyıq".

Qurbanov UEFA Konfrans Liqasının pley-off mərhələsində Fransa "Marsel"i ilə qarşılaşmalar üçün müəyyən düşüncələrinin olduğunu vurğulayıb: "Lakin bunu komandaya hələ bildirməmişəm. Çox dəyişilik etməməyə çalışacağıq. Xırda elementlərdə bəzi dəyişikliklər ola bilər".