01.02.2022 21:40
483
"Qarabağ"a qarşı oynamaq asan deyil. Qol imkanlarımız olsa da, yararlana bilmədik”.
Bunu Azərbaycan kubokunun ilk 1/4 final mərhələsində keçirilən "Qarabağ"- "Keşlə" görüşündən sonra keçirilən mətbuat konfransında Sənan Qurbanov deyib.
"Keşlə"nin baş məşqçisi bu matça məğlubiyyət üçün çıxmadıqlarını söyləyib: “Növbəti oyunda şanslarımızı dəyərləndirməyə çalışacağıq. Qol imkanlarımız olsa da, yararlana bilmədik”.
Onun sözlərinə görə, matçın uzatma dəqiqələrində Kadi Borgesin Sadio Tounkaraya qarşı cərimə meydançasında qayda pozuntusuna yol verdi: "Bu epizodda baş hakim Vüqar Həsənli penalti təyin etməli idi. Məncə penalti idi. Amma videotəkrara baxmaq lazımdır”.