01.02.2022 21:54
461
Futbol üzrə Azərbaycan Kubokunda 1/4 finalın ikinci oyununda "Neftçi" "Sabah" klubunu qəbul edib.
"Bakcell Arena"da baş tutan qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb. Görüşdə hesabı 40-cı dəqiqədə meydan sahiblərinin müdafiəçisi Voislav Stankoviç açıb. Matçda son nöqtəni isə 50-ci dəqiqədə qonaqların yarımmüdafiəçisi Coy-Lens Mikels qoyub.
Komandalar arasında cavab qarşılaşması fevralın 12-də Masazırdakı "Bank Respublika Arena"da oynanılacaq.