01.02.2022 22:08
520
Bu gün keçirilən Azərbaycan kuboku uğrunda ¼ final oyunlarında həm “Qarabağ”, həm də “Neftçi” yeni transferlərini rəsmi oyunda sınayıb. “Qarabağ” start heyətrində yeni transferlərdən cəmi bir nəfər olsa da sonradan daha 2 futbolçu meydançaya çıxıb.
Bu məsələdə “Neftçi” daha irəli gedib. Belə ki, flaqman start heyətində 4 yeni futbolçuya sans verib. Sonradan isə daha 1 yeni futbolçu oynamaq şansı qazanıb.
Bu oyunda "Neftçi"də debüt edən futbolçular bunlardır: qapıçı İvan Brkiç, müdafiəçi Azər Salahlı, yarımmüdafiəçilər Eddi İsrafilov, Gilyerme Pato və Azər Əliyev.
“Qarabağ”da isə qapıçı Luka Quqeşaşvili, yarımmüdafiəçi Leandro Andrade və hücumçu Rüstəm Əhmədzadə debüt ediblər.