01.02.2022 22:31
457
"Barselona"nın rəsmi saytının verdiyi məlumata görə, Deloitte kompaniyasının apardığı audit yoxlamaları zamanı klubun 1,173 milyard avro məbləğində borcun olması aşkarlanıb. "Barselona"nın son dövrdə itkiləri 481 milyon avrodur və maaş fondu digər top-klublardan 40% yüksəkdir.
Bundan əlavə, Deloitte-in hesabatlarında xərclər baxımından şübhəli maliyyə əməliyyatlarnın olduğu bildirilir ki, onlar daha diqqətlə öyrənilməlidir. Kroll kompaniyası isə klubda qeyri-dayanıqlı iqtisadi əməliyyatları və əsassız xərcləmələri müəyyən edən təhlil aparıb. Kompaniya qeyd edir ki, bu əməliyyatlar qeyri-qanuni varlanma üçün vasitə ola bilər.