bazar ertəsi, 25 noyabr 2024

BİZİM FUTBOL

"Keşlə" martda "Şamaxı" olacaq

02.02.2022 13:43 Oxundu 463


"Keşlə" mart ayından etibarən oyunlarını "Şamaxı" adı altında keçirəcək.

"CEMPİON.AZ"-ın məlumatına görə, bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov İcraiyyə Komitəsinin iclasından sonra keçirdiyi mətbuat konfransında deyib.

Milli assosiasiya rəsmisi bildirib ki, klubun "Şamaxı" adlandırılması ilə bağlı AFFA və PFL-ə sənədlər göndərilib: "Öz tərəfimizdən bu yeniliyi təsdiqləmişik. İndi UEFA-dan cavab gözləyirik. Əsas məqsədimiz odur ki, "İnter" və "Keşlə"nin özünəməxsus tarixi itməsin".