bazar ertəsi, 25 noyabr 2024

BİZİM FUTBOL

FİFA nümayəndəsi: "Azərbaycanda futbolun inkişafı yaxşı səviyyədədir"

02.02.2022 14:03 Oxundu 450


Tovuzda yüksək səviyyəli texniki mərkəzin açılması, Gəncə Futbol Akademiyasının tikintisi böyük işlərdən xəbər verir. Bu cür layihələr inkişaf baxımından vacibdir. Azərbaycanın VAR sistemini əldə etmək istəyini yüksək qiymətləndirir və onun tətbiqini gözləyirik. Gecikmələrlə bütün dünya üzləşməkdədir. Birgə səylərlə bunun da öhdəsindən gələcəyik.

Bunu FIFA nümayəndəsi Nodar Axalkatsi AFFA-nın hesabat konfransında deyib.

"Son illər Azərbaycanda futbolun inkişafı istiqamətində görülmüş işləri yüksək qiymətləndirirəm. AFFA böyük nailiyyətlərə imza atıb. Azərbaycanda, xüsusən regionlarda futbolun inkişafı yaxşı səviyyədədir. Biz də AFFA-nın işini dəstəkləyirik", - deyə N.Axalkatsi əlavə edib.