03.02.2022 13:25
651
Nəhayət ki, Mahir Emrəli ilə Polşanın “Legia” komandası arasındakı problem öz həllini tapdı. Tərəflər arasındaki müqaviləyə qarşılıqlı razılaşma əsasında xiam verildi.
Son günlərə qədər Mahiri buraxmamaqda israrlı olan “Legia” nəyin müqabilində müqabiləyə xitam verilməsinə razı olub?
Hazırda Mahir Zaqreb “Dinamo”sunun düşərgəsindədir. “Legia” ilə münaqişə yaranan gündən millimizin üzvünün adı bir neçə komanda ilə birlikdə hallanırdı. Onlardan biri də Zaqreb “Dinamo”su idi.
Bildiyimiz kimi, ötən ilin sentyabrında “Dinamo”nun kosovalı oyunçusu Lirim Kastrati “Legia”ya transfer olunub. Mötəbər mənbələrdən aldığımız məlumata görə Polşa klubu həmin transferə görə olan borcunun silinməsi şərti ilə Mahirin “Dinamo”ya keçməsinə razılıq verib.
Məbləğin miqdarı barədə rəsmi açıqlama verilməsə də transfermarket.com portalında Kastratinin transfer qiymətinin 2 milyon avro olduğu, onun “Legia”ya keçdiyi günlərdə isə bu məbləğin birdən-birə 1 milyon avroya düşdüyü göstərilir. Məsələ burasındadır ki, Kastrati “Legiya”ya keçdikdən az sonra onun transfer qiyməti yüksələrək 1.5 milyon avroya çatıb və bu günlərdə yenidən 1 milyon avroya geriləyib.
Futbol ekspertləri belə hesab edir ki, bu cür yüksəlmə və enmələr Kastratinin real transfer quymətinin 1 milyon avro olduğunu göstərir. Beləliklə, Polşa klubu onun “Dinamo”ya olan 1 milyon avro borcunun silnməsi müqabilində Mahirin transferinə razılıq verib.