04.02.2022 14:16
458
İspaniya Kubokunun 1/4 final matçında "Atletik" "Real Madrid"i qəbul edib.
Qarşılaşma Bilbao şəhərinin "San-Mames" stadionunda keçirilib və "Atletik"in 26 yaşlı cinah oyunçusu Alexandro Berenqerin oyunun son dəqiqələrində vurduğu qolla meydan sahibləri 1:0 hesablı qələbə qazanıblar.
Bununla da "Real" İspaniya Kuboku uğrunda keçirilən turnirdə mübarizıni dayandırmalı olub.
Xatırladaq ki, daha əvvəl bu mərhələdə “Betis” “Real Sosedad”ı (4:0), “Valensiya” “Kadis”i (2:1), “Rayo Valyekano” isə “Malyorka”nı (1:0) məğlub edərək növbəti mərhələyə keçiblər.
Yarımfinal cütlükləri püşkatma yolu ilə müəyyən ediləcək.