04.02.2022 14:41
493
Moskva ÇSKA-sının yeni futbolçusu Yusuf Yazıcı komandasına uyğunlaşmasından danışıb.
“Cempion.az” bildirir ki, bu barədə Bobsoccer potrtalı məlumat yayıb:
- Hələ mövsümöncəsi təlim-məşq toplanışındayıq, forma yığırıq. Təbii ki, bunun üçün həm mənə, həm də bütün uşaqlara vaxt lazımdır. Burada cəmi iki oyun keçirdik və addım-addım təkmilləşəcəyik. Hazırlığın bu mərhələsi üçün özümü çox yaxşı hiss edirəm. Aydındır ki, hələ 100 faiz hazır deyiləm, amma iş düzgün istiqamətdə gedir. Demək istəyirəm ki, mən artıq ÇSKA-ya vurulmuşam. Meydanda bütün gücümü qoyacağam. Təlim-məşq toplanışından danışsaq, burada mövsümün bərpasına tam hazırlıqlı gəlmək üçün çox çalışırıq. Düşünürəm ki, biz bu vəzifənin öhdəsindən uğurla gələcəyik. Deyirsiniz ki, mən standart vəziyyətlərdən əla edirəm? Bəli, bu, mənim xarakterimdir. Bu rolu sevirəm, meydanda olanda komanda yoldaşlarıma kömək etmək, onun lideri olmaq istəyirəm.