04.02.2022 14:56
493
"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti İspaniya kubokunun 1/4 finalında "Atletiko"ya uduzduqları (0:1) oyunu şərh edib.
- Bu, bizi təəssüfləndirir, çünki iştirak etdiyimiz hər turnirdə qalib gəlmək istəyirik. Superkuboku qazandıq, daha iki yarışda işlərimiz yaxşı gedir və bu məğlubiyyətin mənfi nəticə verəcəyini düşünmürəm. Bu məğlubiyyət bizi daha da gücləndirə bilər. Çətin oyun olacağını bilirdik. Oyunun necə getdiyi məni təəccübləndirmədi. Düzdür, ilk hissədə “Atletik” daha çox hücuma keçdi, lakin onların qol şansları çox olmadı və biz çox yaxşı müdafiə olunduq. Bu oyunun digər oyunlardan fərqi odur ki, “Real Madrid” rəqibin təzyiqinə görə müdafiədən oynayırdı. Birinci hissənin sonunda mərkəzdə daha çox topa sahib olsaq da, bu, istədiyimiz kimi alınmadı. Bu, bizim mövsümdə ən pis oyunumuzdurmu? Xeyr, qətiyyən yox. Çətin idi, çünki “Atletik”lə oyunun çətin olacağını bilirdik. Oyun son dəqiqəyə qədər çox gərgin keçdi və "Atletik" göstərdiyi inanılmaz səyə görə yarımfinala yüksəlməyə layiq idi, amma bu oyunun mövsümdə ən pis çıxışımız olduğunu düşünmürəm.