bazar ertəsi, 25 noyabr 2024

DÜNYA FUTBOLU

"Fənərbağça" “Zenit”ə müraciət etməyib

04.02.2022 17:00 Oxundu 484
 
Gələn ilin yayında müqaviləsi başa çatacaq “Zenit”in hücumçusu Artyom Dzyuba karyerasını Türkiyə çempionatında davam etdirə bilər.
Bu iddia ilə Türkiyənin “Takvim” qəzeti çıxış edib. Qəzetin məlumatına görə, “Fənərbağça” 33 yaşlı hücumçu ilə mümkün transferlə bağlı artıq danışıqlar aparır.
"Zenit"in baş direktoru Aleksandr Medvedev isə bu iddianı təkzib edib: Türkiyə klubları Artyom Dzyubanın mümkün transferi üçün Sankt-Peterburqa müraciət etməyib. Bu barədə RB Sport məlumat verib
Mənbənin “Dzyubanın yayda "Fənərbağça"ya keçə biləcəyi ilə bağlı məlumatlar var. Artyomla bağlı Türkiyədən “Zenit”ə müraciətlər olubmu” sualına direktor bir kəlmə ilə cavab verib: - Yox.