04.02.2022 18:27
525
"La Gazzetta dello Sport"un məlumatına görə, yarımmüdafiəçi Marselo Brozoviç çoxdan "İnter"lə müqaviləsini uzatmaq qərarına gəlib. Xatırladaq ki, xorvatiyalının müqaviləsi mövsümün sonunda başa çatdığından onunla "Barselona" və "Tottenhem" maraqlanırdı. Üstəlik, kataloniyalıların hətta azad agent kimi futbolçunun keçidi ilə bağlı razılığa gəldiyi haqda da məlumat var idi.
Ancaq İtaliyada Brozovicin illik 6 milyon avro maaşla milanlılarla razılığa gəldiyi və tezliklə müaviləni imzalayacağı barədə məlumat verilir.