05.02.2022 12:04
469
Hücumçu Tomas Müller "Bavariya"nı tərk edəcək. "Fichajes" portalının məlumatına görə, Münhen klubunun rəhbərliyi futbolçuya yeni müqavilə təklif etməmək qərarına gəlib. 32 yaşlı hücumçunun hazırkı müqaviləsi 2023-cü ilin yayında başa çatır. "Bavariya" Müllerin satışından müəyyən qədər vəsait toplamaq üçün cari mövsümün sonunda onunla yollarını ayıracaq.