bazar ertəsi, 25 noyabr 2024

DÜNYA FUTBOLU

Dani Alves “Nəyin daha yaxşı olduğuna klub qərar verir"

05.02.2022 12:17 Oxundu 490

"Barselona"nın müdafiəçisi Dani Alveş məşqçilər korpusunun onu Avropa Liqasının pley-off mərhələsi üçün heyətə daxil etməmək qərarına münasibət bildirib.
- Həmişə dediyim kimi, bizim üçün nəyin yaxşı olduğuna klub qərar verir. Mən buraya kömək etmək və komandaya nəsə gətirmək, müəyyən rəqabət və müsbət münasibət mühitini yaranmasına yardımçı olmaq, özümü daha yaxşı formada saxlamaq üçün glmişəm. Komandada olmaq istərdim, amma mənim mövqe üçün komandada dörd oyunçumuz var və indi kənarda qlmaq  növbəsi mənimdir. Bunu hər kəs qəbul etməlidir, amma əsas odur ki, sən komanda üçün nə təklif edə bilərsən.
“CEMPİON.AZ” xəbər verir ki, Mirror bu barədə informasiya yayıb.