Milan derbisi alındı. Əvvəlcə "İnter" favorit statusunu əsaslandırdı - ilk on dəqiqənin sonunda Dumfries qol vurdu. Amma ona ötürmə verən Perişiçin ofsaydda olmasına qol görə ləğv edildi. Daha sonra Brozoviç və Martinezin təhlükəli zərbələrinin zərərsizləşdirən Menyan Dumfrieslə təkbətək mübarizədən də qalib çıxdı. Bunla belə “İnter” fasiləyə üstünlük qazanaraq getdi. Çalxanoğlunun künc zərbəsindən göndərdiyi topu Perişiç qapıdan keçirdi. İkinci hissəni məşqçilərin dueli kimi səciyyələndirmək olar. Pioli Messias və Diazı oyuna atmaqla hücumu canlandırdı. İnzagi liderləri oyundan almaqla müvəffəqiyyətə erkən inandı. Nəticədə üç dəqiqə ərzində iki dəfə fərqlənən “Milan” oyunu gedişatını dəyişdirdi. Diasın ötürməsini Jiru yüngül toxunuşla hesabı bərabərləşdirdi. Tezliklə fransız dubl etdi - o, Kalabriyadan gözəl ötürmə aldı, bir həmlə ilə müdafiəçini aldadıb topu küncə göndərdi. Bundan sonra emosiya və ehtiraslar çoxaldı. Hətta Hernandez oyunun əsas hissəsinə artırılmış dəqiqələrdə meydan qovulmağı da “bacardı”. Lakin "İnter"in heç olmasa heç-heçə etmək imkanı da görünmədi. “Milan”ın qələbəsi çempionluq yarışında intriqanı geri qaytardı.
İnzaqi isə matçın idarə edilməsinə yanaşmanı yenidən nəzərdən keçirməlidir.