bazar ertəsi, 25 noyabr 2024

DÜNYA FUTBOLU

Joze Mourinyo: “Bizi kiçik klub hesab edirlər”

06.02.2022 12:25 Oxundu 1051

"Roma"nın baş məşqçisi Joze Mourinyo İtaliya çempionatının 24-cü turunda "Cenoa" ilə matçda (0:0) hakimliyi tənqid edib. Əsas vaxtda hakim romalıların qolunu ləğv edərək Nikolo Zanioloya qırmızı vərəqə göstərib.
“CEMPİON.AZ” “Football Italia”ya istinadən Mourinyodan sitat gətirir:
- Mən hakimlə danışdım, çünki mənim fikrimcə, o, səhv edib. Sizcə, Zaniolo “İnter”, “Yuventus” və ya “Milan”da oynasaydı, vəziyyət eyni olardı? Bütün mövsüm ərzində ona qarşı edilən qayda pozuntularına görə penalti verilməyib, daim kobudluğa məruz qalır, abuna görə ğzını açırsa avtomatik olaraq kart alır. Futbolçu 90-cı dəqiqədə qolu bayram edir, hesaba alınmadığını görür, təbii ki, üzülür. Sizcə, bu qırmızı vərəqə, məsələn, “San Siro”da "İnter"dən Lautaro Martinezə verilərdimi? Yoxsa Turində Çelliniyə göstərilərdi? Bəlkə “San Siro”da Zlatan İbrahimoviç buna görə qırmızı kart alardı? İndi görün biz hansı vəziyyətdəyik, yəqin ki, bizi kiçik klub hesab edirlər. Ola bilsin ki, bu, hətta hakimin də günahı deyil, bəlkə də hakim sadəcə məsul şəxslərin ona verdiyi tapşırıqları yerinə yetirir.