06.02.2022 21:26
822
İspaniya La Liqasında növbəti turun oyunları keçirilir. Tutun mərkəsi oyunlarından biri "Barselona" və "Atletiko" arasında keçirilib.
Hesabı qonaqlar açsa da tezliklə kataloniyalılar 2 qol vuraraq hesabda irəli çıxıblar. Alba və Qavi adlarını tabloya yazdırıblar. Birinci hissənin sonlarında Arauxo "Barselona"nın üstünlüyünü bir qədər də artırıb - 3:1.
İkinci hissə də Xavinin yetirmələrinin güclü hücumları ilə başlayıb. Alveş komandasının 4 topunu qonaqların qapısından keçirib. Bundan sonra Madrid təmsilçisinin baş məşqçisi Semyone birdən-birə üç dəyişiklik edərək təslim olmaq fikrində olmadıqlarını göstərib. Az sonra bu dəyişiklik öz bəhrəsini verib. Luis Suares keçmiş komandasını cəzalandırıb - 2:4.
Oyunun 68-ci dəqiqəsində hakib kobud oyuna görə Dani Alveşi meydançadan kənarlaşdırıb. Bundan sonra oyun tamamilə "Atletiko"nun diktəsi ilə keçib. Lakin uğurla müdafiə olunan "Barselona" final fitinə qədər qapısını toxunulmaz saxlaya bilib..
Bu qələbədən sonra Kataloniya təmsilçisi turnir cədvəlinin 4-cü pilləsinə yüksəlib