07.02.2022 21:17
808
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XV turunda "Neftçi"yə 2:1 hesabı ilə qalib gəldikləri oyun barədə fikirlərini bildirib: "Elə bir oyun idi ki, komandam obtimal formasından uzaq idi. İtkilərimiz də var idi. Matça tam hazırlaşa bilməmişdik. Futbolçularımın hamısı əsas heyətdə oynamağa layiqdir. Bu qarşılaşmada onlar gözəl oyun göstərdilər. Yaxşı komandaya qarşı oynadıq. Futbolçuları təbrik edirəm. Qarşıda daha yaxşı oyunlar göstərə biləcəyik. "Keşlə" ilə kubok görüşündə də komandadan razı qalmışdım. Futbolçular 3-4 matçdan sonra formalarına qayıdırlar. Toral Bayramov bir neçə dəfə səhvlər etdi. Gənc olsa da, mən istəyirəm ki, bu yaşda daha tez böyüsünlər. Aqressiv danışırdım ki, özünü ələ ala bilsin"