bazar ertəsi, 25 noyabr 2024

BİZİM FUTBOL

Samir Abasov: "Meydanda mübarizə gördük"

07.02.2022 21:25 Oxundu 792


"Gərgin və maraqlı oyun izlədik".
Bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov "Qarabağ"a 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XV tur oyunundan sonra deyib.

Məşqçi məğlubiyyərtə baxmayaraq komandasının göstərdiyi oyundan razı qaldığını bildirib: "Meydanda mübarizə gördük. Futbolçularda əzm və istək var idi. Rəqib səhvləri bağışlamadı. İşimizə davam etməli və səhvləri düzəltməliyik. İnanıram ki, hər şey yaxşı olacaq və bundan da yaxşı "Neftçi" görəcəyik".

Abasov Gilyerme Patonun çox yaxşı oyun sərgilədiyini söyləyib: "İnanıram ki, digər oyunçuların da oyunu düzələcək".