bazar ertəsi, 25 noyabr 2024

DÜNYA FUTBOLU

Antonio Konte: “Yanvarda dörd vacib oyunçu getdi"

17.02.2022 14:58 Oxundu 542


"Tottenhem"in baş məşqçisi Antonio Konte London klubunun transfer siyasətindən danışıb.

"CEMPİON.AZ" xarici KİV-lərə istinadən xəbər verir ki, o, transferlərdən narazılığını ifadə edib: “Yanvarda dörd vacib oyunçu getdi, ikisi gəldi. Hətta kağız üzərində güclənmək əvəzinə zəifləmişik. “Tottenhem” hazır deyil, inkişaf edə bilən gənc oyunçular axtarır. Məsələ bundadır”.
Bu qış “Tottenhem Hotspur” “Yuventus”dan Deyan Kuluşevskini icarəyə götürüb və Turin təmsilçisindən yarımmüdafiəçi Rodriqo Bentankuru 19 milyon avroya alıb.
Dele Alli (“Everton”) komandadan ayrılıb, yarımmüdafiəçilər Covanni Lo Selso (“Vilyarreal”), Brayan Qil (“Valensiya”) və Tanqay Ndombele (“Lion”) icarəyə verilib.