bazar ertəsi, 25 noyabr 2024

BİZİM FUTBOL

Səfirlik “Qarabağ”ın təhlükəsizliyi üçün müraciət edib

17.02.2022 15:16 Oxundu 546


Bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində “Marsel” (Fransa) - “Qarabağ” (Azərbaycan) oyunu keçiriləcək. 

"CEMPİON.AZ" xəbər verir ki, Azərbaycanın Fransadakı Səfirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Marsel şəhərdə baş tutacaq qarşılaşmada Ağdam klubu və azərbaycanlı azarkeşlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Səfirlik tərəfindən aidiyyəti qurumlar, eləcə də komanda rəsmiləri ilə müvafiq iş aparılıb.
Bildirilib ki, “Marsel” “Qarabağ” və azarkeşlərin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlərin görüləcək.
Qeyd edək ki, “Velodrom”da keçiriləcək görüş matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Bu komandalar arasında cavab oyunu isə fevralın 24-də təşkil olunacaq.