17.02.2022 17:47
475
"Bavariya"nın futbolçusu Tomas Müller Çempionlar Liqasının 1/8 final mərhələsində “Zalsburq”la ilk matç barədə danışıb.
"CEMPİON.AZ" xarici KİV-ə istinadən xəbər verir ki, 32 yaşlı hücumçu 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra açıqlamasında komandasının yaxşı çıxış etdiyini bildirib:
“Bizim üçün asan oyun olmadı. Lakin “Bavariya” bu nəticəyə sevinə bilər. Bizi “Zalsburq”la heç-heçəyə görə tərifləmək olar. Hisslərimiz qarışıqdır. "Zalsburq" yaxşı komandadır. Stadiondakı ab-hava da əla idi. Azarkeşlər yalnız xoş sözlərə layiqdirlər. Biz futbolu ancaq azarkeşlərlə birlikdə görmək istəyirik”.
Qeyd edək ki, komandalar arasında cavab oyunu martın 8-i Münhendə keçiriləcək.