17.02.2022 18:19
515
"Atletiko"nun qapıçısı Yan Oblak bu mövsüm komandadakı vəziyyətlə bağlı fikirlərini bölüşüb.
"CEMPİON.AZ" "Football İspana"ya istinadən xəbər verir ki, o, hazırda çətin vəziyyətdə olduqlarını deyib: "Hamımız yaxşılaşmalıyıq. "Atletiko"nun düşdüyü vəziyyət narahatedicidir. Bu klub gözlədimiz mövqedı deyil. Növbəti mövsüm Çempionlar Liqasına düşmək istəyiriksə, səviyyəmizi yüksəltməliyik".
Hazırda "Atletiko" 24 oyunda 39 xal toplayaraq İspaniya çempionatının turnir cədvəlində 5-ci yerdədir. Komanda dünən evdə autsayder "Levante"yə 0:1 hesabı ilə uduzub.