bazar ertəsi, 25 noyabr 2024

DÜNYA FUTBOLU

ÇL-də 8-ci yerə yüksəldi 

17.02.2022 19:41 Oxundu 465


Çempionlar Liqasının 1/8 final mərhələsində “İnter”lə ilk matç “Liverpul”un baş məşqçisi Yurgen Klopp üçün əlamətdar olub. 

"CEMPİON.AZ" xəbər verir ki, 54 yaşlı mütəxəssisin komandası görüşdə 2:0 hesabı ilə qalib gəlib. Beləliklə, Klopp ÇL-də 50-ci qələbəsini qazanıb. Bununla da o, turnirdə ən çox qalib gələn çalışdırıcılar arasında 8-ci yerə yüksəlib. 
Bu göstəricidə rekord “Mançester Yunayted”in keçmiş baş məşqçisi Aleks Fergüssona məxsusdur (102 qələbə). Karlo Ançelotti 2-ci (94), Pep Qvardiola 3-cü (91), Arsen Venger 4-cü (86), Joze Mourinyo 5-ci (81), Lui van Qaal 6-cı (57), Rafael Benites isə 7-cidir (53). Həmçinin Klopp ÇL-də 50 qələbə səddinə çatan ilk almaniyalı mütəxəssis olub. 
Qeyd edək ki, “Liverpul” və “İnter” arasındakı cavab matçı martın 8-i İngiltərədə keçiriləcək.