“Qarabağ”ın iki futbolçusu Konfrans Liqasının pley-off mərhələsinin “Marsel”lə ilk oyununda ikiqat diqqətli olmalıdır.
"CEMPİON.AZ" xəbər verir ki, bunlar Ağdam klubunun aparıcı üzvləri Kadi Borqeslə Patrik Andradedir.
Azərbaycan Premyer Liqasının liderinin yarımmüdafiəçiləri cəzalı duruma düşmək təhlükəsi ilə üz-üzədir. Bu üzdən legionerlər Marseldəki matçda həm komanda uğurunu düşünməli, həm də sarı vərəqə almamalıdır.
Növbəti xəbərdarlıq onların qarşıdakı matçda iştirakına qırmızı işıq yandıracaq. “Marsel”lə Bakıda baş tutacaq cavab oyununu, cütün taleyinin həll olunacağı qarşılaşmanı buraxmamaq üçün legionerlər ilk görüşdə ehtiyatlı davranmalıdır.
Qeyd edək ki, komandalar arasında Marseldəki oyun fevralın 17-də, Bakıdakı matç 24-də keçiriləcək.
BİZİM FUTBOL
"Qarabağ"ın iki futbolçusu Bakıdakı oyunu buraxa bilər
17.02.2022 18:38
650