bazar ertəsi, 25 noyabr 2024

BİZİM FUTBOL

Xorxe Sampaoli: "Kollektiv olaraq həyəcanlandıq"

18.02.2022 11:42 Oxundu 533


“Qarabağ” bu gün bizi oynamağa qoymadığı üçün çətin keçdi”.

"CEMPİON.AZ" xəbər verir ki, bunu “Marsel”in baş məşqçisi Xorxe Sampaoli Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”la keçirilən ilk oyun barədə danışarkən deyib.
“Velodrom” stadionunda 2:0 hesabı ilə qalib gəldikləri matçın ardından argentinalı mütəxəssis komandasının çıxışını dəyərləndirib: “Birinci hissədə məhsuldar olmaq çətin idi. İkinci hissədə də çətinliklərlə qarşılaşdıq. Kollektiv olaraq həyəcanlandıq. Bazar günü çempionat matçımız olduğu üçün planlaşdırılan dəyişikliklər edilmişdi”.
Qeyd edək ki, bu komandalar arasında cavab oyunu fevralın 24-də Tofiq Bəhramov adına Respublika Stadionunda olacaq.