bazar ertəsi, 25 noyabr 2024

BİZİM FUTBOL

"Marsel"in futbolçusu: "Bu, kifayət qədər lazımlı nəticə deyil"

18.02.2022 16:45 Oxundu 468


"Bakıdakı matç çətin olacaq, iki top fərqi ilə üstünük və səfərdə də qalib gəlməliyik".

"CEMPİON.AZ" "Laprovence" nəşrinə istinadən xəbər verir ki, bunu "Marsel"in futbolçusu Pol Lirola Fransada "Qarabağ"a 3:1 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra deyib.
25 yaşlı müdafiəçi görüşün ilk hissəsində əziyyət çəkdiklərini və kompakt çıxış edə bilmədiklərini söyləyib: "Bu, kifayət qədər lazımlı nəticə deyil, səfərdə tam qüvvəmizi ortaya qoymalıyıq. Şəxsən mən özümü daha yaxşı hiss edirəm, fiziki, həm də oyun planında. Oyunsuz vaxt keçirib başlayanda çətin olur. Ritmi tutmaq lazımdır. Bizim sıx qrafikimiz var. Milad tətilindən qayıdandan sonra çox yaxşı işləmişik. Hər kəs start heyətdə yer ala bilər".
Qeyd edək ki, komandalar arasındakı cavab qarşılaşması fevralın 24-də Bakıda olacaq.