bazar ertəsi, 25 noyabr 2024

BİZİM FUTBOL

"Sabah" yeni müdafiəçi alıb

18.02.2022 17:45 Oxundu 487


“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

"CEMPİON.AZ" klubun rəsmi saytına istinadən xəbər verir ki, bosniya və herseqovinalı müdafiəçi Boyan Letiçlə mövsümün sonuna kimi müqavilə bağlanıb.
29 yaşlı futbolçu karyerası ərzində Bosniya və Herseqovinanın “Kozara Qradiska” (2011/12), “Velej Mostar” (2012-2014), “Sarayevo” (2019/20), Slovakiyanın “Jilina” (2014-2017), Çexiyanın “Karvina” (2017-2019) və Serbiyanın “Radniçki Niş” (2020) klublarında çıxış edib. Onun son klubu İspaniya “Mirandes”i (2020-2022) olub.