18.02.2022 19:24
813
Azərbaycan millisinin sabiq üzvü Amit Quluzadə karyerasını Avstriyada davam etdirəcək.
"CEMPİON.AZ" xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi "ATSV Stadl-Paura" klubuna keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Region Liqası təmsilçisi Quluzadə ilə 2022-ci ilin yayına qədər müqavilə imzalayıb.
Qeyd edək ki, Amit Quluzadə daha əvvəl “Rəvan”, “Sumqayıt”, “Qəbələ”, “Səbail”, “Ərciyəsspor” (Türkiyə), “Atletiko” (Portuqaliya), AEL (Yunanıstan),
“Drita” (Kosovo), “Çelik”də (Bosniya və Hersoqovina) və "Milsami"də (Moldova) çıxış edib.