“Qarabağ”a keçməzdən əvvəl araşdırma apardım, onların Çempionlar Liqasında müntəzəm oynadıqlarını gördüm”.
"CEMPİON.AZ" xəbər verir ki, bunu “Qarabağ”ın sabiq futbolçusu Maqaye Qeye deyib.
Vaxtilə formasını geyindiyi “Everton” klubunun (2010-2014) rəsmi saytına müsahibə verən 32 yaşlı hücumçu “Qarabağ”da keçirdiyi dönəmi də yada salıb. Fransalı forvard Azərbaycan klubundan ayrılmasını da yanlış qərar adlandırıb: “Klub çox peşəkardır, böyük sərmayələri və inanılmaz imkanları var. Ancaq baş məşqçi ilə münasibətim yaxşı deyildi. O, yaxşı insan idi, amma komandanı idarə etmə tərzini bəyənmədim. Yenə də qəbul edirəm ki, ayrılmağım səhv idi. Müqaviləm bitəndə evə qayıtdım və yalnız Buxarest “Dinamo”sundan zəng gəldi və ora keçdim”.
Qeyd edək ki, hazırda Yunanıstanın ikinci liqa komandası “Anagennisi”də çıxış edən Maqaye Qeye 2019/20 mövsümündə “Qarabağ”ın formasını geyinib.
BİZİM FUTBOL
""Qarabağ"ın inanılmaz imkanları var"
18.02.2022 20:38
640