bazar ertəsi, 25 noyabr 2024

DÜNYA FUTBOLU

"Arsenal"ın yetirməsi yeni klubu ilə müqavilə bağladı

21.02.2022 14:43 Oxundu 452


İngiltərə millisinin sabiq futbolçusu Cek Uilşirin klubsuz günləri başa çatıb.

"CEMPİON.AZ" xəbər verir ki, “Arsenal”ın yetirməsi karyerasını Danimarkada davam etdirəcək.
Ötən mövsümün sonunda “Bornmut”dan ayrılan və həmin vaxtdan klubsuz qalan 30 yaşlı yarımmüdafiəçi “Orxus”la anlaşıb. Ulduz futbolçu yeni komandası ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.
Qeyd edək ki, Cek Uilşir 2008-2018-ci illərdə “Arsenal”ın əsas komandasında çıxış edib.