21.02.2022 16:42
478
“Barselona”nın baş məşqçisi Xavi futbolçusu Pedri haqda fikirlərini bildirib.
"CEMPİON.AZ" “Marca”ya istinadən xəbər verir ki, La Liqanın 25-ci turunun “Valensiya”ya qarşı dünənki matçından (4:1) sonra təşkil edilən mətbuat konfransında gənc mütəxəssis 19 yaşlı oyunçu barədə müsbət fikirlər səsləndirib:
“Pedri top itirmir. O, hər iki ayağı ilə oynamağı bacarır. İndi əla formada, yüksək səviyyədədir. Onun etdikləri, korpusla topu saxlamaq, hücuma verdiyi dəstək... Bu, fantastikadır. Və onun cəmi 19 yaşı var. Bu gün dünya futbolunda ondan böyük istedad yoxdur. Yaxşı ki, mənim komandamda Pedri kimi oyunçu var”.