21.02.2022 15:45
576
Son bir ildə ən çox futbolçuya güvənən klubların siyahısı müəyyənləşib.
"CEMPİON.AZ" xəbər verir ki, CİES dünyanın 30 liqası ilə bağlı araşdırmalarını açıqlayıb.
Kolumbiyanın “Deportivo Pasto” klubu son 365 gündə 70 futbolçudan yararlanıb. Ən az oyunçu isə “Milsami” (Moldova), “Veres” (Ukrayna) və “Rubin”də (Rusiya) olub. Bu komandalar son ili 26 futbolçu ilə keçib.
“Böyük beşlik”də rekordçu “Cenoa”dır – 55 oyunçu. “Salernitana” 47, “Venetsiya” 46 futbolçuya güvənib.
Ən oturuşmuş heyət isə “Vest Hem”dədir. İngiltərəlilər ötən il fevralın 14-dən bu il fevralın 14-dək cəmi 27 oyunçuya güvənib. “Mançester Siti”, “Lill” və “Nant”da bu rəqəm 28-ə bərabərdir.