21.02.2022 17:44
464
İspaniya La Liqasının XXV turunda “Valensiya” üzərində səfər qələbəsi qazanan “Barselona” bir futbolçusunu itirib.
"CEMPİON.AZ" xəbər verir ki, müdafiəçi Erik Qarsiya sıradan çıxıb.
Kataloniya klubunun səfərdə 4:1 hesablı qələbə qazandığı görüşün birinci hissəsində zədələnən 21 yaşlı mərkəz müdafiəçisi fasilədən sonra Oskar Mingeza ilə əvəzlənib. Onun Avropa Liqasının 1/16 final mərhələsinin “Napoli” ilə səfər matçında iştirakı sual altına düşüb. Buna tibbi müayinədən sonra aydınlıq gələcək.
Qeyd edək ki, “Napoli” – “Barselona” oyunu fevralın 24-də keçiriləcək. Barselonadakı ilk görüşdə 1:1 hesabı qeydə alınıb.