21.02.2022 18:27
556
"Roma"nın baş məşqçisi Joze Mourinyonun A seriyasının 26-cı turunda "Verona" ilə oyunda (2:2) qırmızı vərəqə almasının səbəbi müəyyənləşib.
"CEMPİON.AZ" xəbər verir ki, portuqaliyalı mütəxəssis oyun boyu hakimin qərarlarına kəskin etirazını bildirib. Görüşün sonlarında isə 59 yaşlı məşqçi baş hakim Luka Payrettoya əli ilə telefon jesti edib və bundan sonra qırmızı vərəqə ilə cəzalandırılıb.
“La Stampa” nəşri yazır ki, Mourinyo hakimin üstünə qışqıraraq deyib: “Səni bura xüsusi göndəriblər, “Yuventus” göndərib”.
Bu sözlərinə və jestinə görə portuqaliyalı mütəxəssisə 3 oyunluq cəza veriləcəyi gözlənilir.